“Formula 1”dən sonra yolların mümkün qədər tez bərpa olunmasına çalışırıq”
- 16:00
- 30
"Formula 1" üzrə Azərbaycan Qran-prisindən sonra paytaxt Bakının mərkəzindəki yolların mümkün qədər tez bərpa olunması prosesi davam edir.
Rekord.az xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev deyib.
O, şəhər mərkəzində nəqliyyatın hərəkətinin təşkili barədə danışıb:
"Formula 1" şəhərin mərkəzində keçirildiyi üçün nəqliyyatın rahat hərəkətinin təmin olunması bizim üçün əsas məsələlərdən biridir. Məqsədimiz müvəqqəti məhdudiyyətlərin şəhərdə gündəlik hərəkətə təsirini minimuma endirməkdir. Buna görə əsas istiqamətlər üzrə tranzit dəhlizləri açıq saxlanılır. Yarışdan sonra yolların mümkün qədər tez bərpa olunmasına çalışırıq. Bu il artıq yarışın ertəsi günü saat 12:30-a qədər şəhər mərkəzindəki yol məhdudiyyətlərinin əsas hissəsi aradan qaldırılmışdı".
Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi "Mersedes" pilotu Corc Rassel olub.