Mutsinzi ehtiyatda qaldı, Mikels oynadı
- 10:30
- 32
Ruanda millisi yoxlama oyununda Keniya ilə üz-üzə gəlib.
Rekord.az xəbər verir ki, görüş 0:0 hesabı ilə başa çatıb.
Ruanda millisinə dəvət alan “Zirə”nin müdafiəçisi Anje Mutsinzi bu görüşün iştirakçısı olmayıb. O, əvvəldən sona kimi matçı ehtiyat oyunçular skamyasından izləyib.
Azərbaycan Premyer Liqasından Ruanda millisinə çağırılan digər futbolçu – “Sabah”ın hücumçusu Coy-Lens Mikels isə ikinci hissədə meydana çıxıb. O, 46-cı dəqiqədə meydana buraxılıb.