İmranov dünya çempionatına qələbə ilə başladı
- 12:30
- 36
Azərbaycan cüdoçusu Nizami İmranov Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.
Rekord.az xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən idmançı 1/32 finalda Gürcüstan təmsilçisi Vaja Marqvelaşvili ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn N.İmranov növbəti mərhələyə vəsiqə qazanıb. O, 1/16 finalda rusiyalı Ramazan Abdullayevlə görüşəcək.
Eyni çəkidə Turan Bayramov Finlandiyadan olan Lukas Sahaya uduzub.
Bu gün Gültac Məmmədəliyeva (52 kq) və Ruslan Paşayev (66 kq) də tatamiyə çıxacaqlar.
Xatırladaq ki, yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.
Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq.