"Sabah" çexiyalı azarkeşlər üçün 3 700-ə yaxın bilet ayırdı
- 18:41
- 28
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda baş tutacaq "Sabah" – "Slaviya" (Çexiya) oyunu ilə bağlı qonaq azarkeşlərə 3 675 yer ayrılıb.
Rekord.az xəbər verir ki, bu barədə Praqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Həmçinin stadiona maksimum A4 ölçüsündə çantalarla daxil olmağa icazə veriləcəyi bildirilib. Arenaya spirtli içkilər, pirotexnika, irihəcmli əşyalar və digər qadağan olunmuş vasitələrin gətirilməsinin yasaqlandığı, tribunalarda siqaret çəkməyə isə yalnız xüsusi ayrılan yerlərdə şərait yaradılacağı qeyd olunub.
Xatırladaq ki, "Sabah" – "Slaviya" matçı oktyabrın 13-də, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.