"Sabah" basketbol komandası FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə ilk oyununa çıxacaq.


Rekord.az xəbər verir ki, Azərbaycan çempionu A qrupundakı birinci qarşılaşmasını Litvada "Ritas"a qarşı keçirəcək.


Görüş bu gün, Bakı vaxtı ilə saat 20:30-da "Vilnüs Arena"da start götürəcək.


Xatırladaq ki, A qrupunda Fransanın "Nanter 92" və Türkiyənin "Trabzonspor" klubları da yer alıblar.