Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Belarus Milli Olimpiya Komitəsinin prezidenti Viktor Lukaşenko ilə görüş keçirilib.


Bu barədə Rekord.az-a qurumun mətbuat xidmətindən bildirilib.


Oktyabrın 5-də reallaşan tədbirin əsas məqsədi Azərbaycan ilə Belarus arasında idman və Olimpiya Hərəkatı sahəsində mövcud olan sıx əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, həmçinin gələcək ikitərəfli tərəfdaşlıq imkanlarının dəyərləndirilməsi olub.


Görüşün sonunda tərəflər arasında qarşılıqlı xatirə hədiyyələri təqdim olunub və xatirə fotosu çəkdirilib.