Yeni mövsümün "Neftçi" ilə ilk tur matçında qırmızı vərəqə alan "Sumqayıt"ın kapitanı Səbuhi Abdullazadə 5 oyunluq cəza almışdı.

Rekord.az xəbər verir ki, onun cəzasının bitiminə bir oyun qalıb.

Lakin bir məsələ var ki, aldığı qırmızı vərəqədən sonra hirsini şüşə qapıdan çıxıb özünə ciddi xəsarət yetirən Səbuhi yalnız 2027-ci ilin əvvəlində yaşıl meydançalara dönə biləcək.