Millimiz bu gün Cəbəllütariqlə qarşılaşacaq
- 10:45
- 31
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti matçını keçirəcək.
Rekord.az xəbər verir ki, Rəşad Eyubovun baş məşçqisi olduğu komanda Bakıda Cəbəllütariq millisi ilə üz-üzə gələcək.
B qrupunun görüşü "Bank Respublika Arena"da, saat 17:45-də start götürəcək. Qarşılşamanın baş hakimi lüksemburqlu Yasmin Sabotiç olacaq.
Qeyd edək ki, U-21 hazırda qrupda 6 komanda arasında 7 xalla 5-ci pillədə qərarlaşıb.