Ruslan Paşayev DÇ-də mübarizəni dayandırdı
- 14:30
- 30
Azərbaycan cüdoçusu Ruslan Paşayev (66 kq) Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.
Rekord.az xəbər verir ki, idmançı 1/8 finalda italiyalı Valerio Akkolyiyə uduzub.
Buna qədər idmançımız 1/16 finalda türkmənistanlı Serdar Rahimovu mübarizədən kənarlaşdırmışdı.
Xatırladaq ki, yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.
Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq.