Qazaxda karate üzrə turnir keçirilib
- 10:30
- 32
4 oktyabr 2026-cı il tarixdə Qazax Olimpiya İdman Kompleksində “18 Oktyabr – Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş karate (WKF) üzrə uşaq, yeniyetmə və gənclər arasında açıq rayon turniri keçirilib.
Rekord.az xəbər verir ki, turnirdə ümumilikdə 60 idmançı iştirak edib.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnirdə qaliblər Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi tərəfindən medal və diplomla təltif olunublar.