Xəbər verdiyimiz kimi, "Səbail" litvalı yarımmüdafiəçi Şımkus Domantası transfer edib.

Rekord.az xəbər verir ki, ölkəsinin əsas yığmasında da çıxış edən 25 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Əldə etdiyimiz məlumata görə, Domantas Bayıl klubunda ən yüksək maaşı alacaq. Onun aylıq maaşının 6 min dollara yaxın olacağı deyilir.