
Qobustanda stolüstü tennis üzrə rayon turniri keçirilib
- 13:45
- 32
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Qobustan İdman Kompleksində "Beynəlxalq Stolüstü Tennis Günü" münasibətilə stolüstü tennis üzrə yeniyetmələr arasında rayon turniri keçirilib.
Rekord.az xəbər verir ki, yarışın keçirilməsində əsas məqsəd "Beynəlxalq Stolüstü Tennis Günü”nün qeyd olunması, yeniyetmə və gənclər arasında stolüstü tennis idman növünün kütləviliyinin artırılması, təlim-məşq proseslərinin təkmilləşdirilməsi və respublika miqyaslı yarışlarda iştirak edəcək idmançıların aşkar olunmasıdır.
Qalib və mükafatçılara Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin diplom və medalları təqdim olunmuşdur.