Türkiyənin TV8 kanalında yayımlanan "Survivor 2020" yarışmasının iştirakçısı olan kikboks üzrə dünya çempionu, "Qəbələ" İdman Klubunun üzvü Pərviz Abdullayev Türkiyəyə köçüb.

Rekord.az xəbər verir ki, ailə üzvlərini hava limanında qarşılayan Pərviz Abdullayev sosial şəbəkədə foto paylaşıb.

Belə ki, Türkiyədə idman zallarının birində məşqçi kimi fəaliyyət göstərən idmançı ailəsini də yanına aparıb.

Pərviz Abdullayev "Survivor 2020" yarışmasında "Ünlülər" komandasında yarışıb. Türkiyədə seriala çəkiləcəyini deyən idmançı bir müddət əvvəl ailə üzvlərini də Türkiyəyə aparacığını söyləmişdi. Onun iki oğlu var.