Ölkə kubokunda pley-offa yüksələn ilk komandalar bəlli oldu
- 28 Okt 2024 23:17
- 237
Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan ölkə kubokunda qadınların mübarizəsində bu gün növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, günün ilk görüşü “Gəncə” və UNEC komandaları arasında olub.
GİN-nin Voleybol Mərkəzində təşkil olunan qarşılaşmada Gəncə təmsilçisi 3:0 hesabı ilə qələbə qazanıb. Keçirdiyi hər iki matçda qalib gələn "Gəncə" A qrupunun lideri kimi pley-offa vəsiqə qazanıb.
Eyni məkanda baş tutan günün ikinci matçında isə “Abşeron” və “MAA” klubları üz-üzə gəliblər. Gərgin keçən oyunun taleyinə tay-breykdə aydınlıq gəlib. 5 set davam edən oyunda “Abşeron”un 3:2 hesablı qələbəsi qeydə alınıb. Beləliklə, "Abşeron" qrupdakı hər iki oyunda qalib gələrək B qrupunun lideri kimi pley-offa yüksəlib.
Qeyd edək ki, qadınların mübarizəsində son qrup qarşılaşmaları oktyabrın 30-da keçiriləcək.
Ölkə kuboku
Qadınlar
28 oktyabr
A qrupu
“Gəncə” - UNEC 3:0 (25:9, 25:13, 25:15)
B qrupu
“Abşeron” - “Milli Aviasiya Akademiyası” 3:2 (19:25, 25:20, 25:17, 21:25, 15:12)