
MOİK-in məşqçisinə 2 oyunluq cəza
- 15:15
- 46
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Birinci Liqanın 23-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olnuub:
“Qaradağ Lökbatan” – “Difai” oyununun 52-ci dəqiqəsində “Difai” klubunun 1 nömrəli futbolçusu Sahib Həsənov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Difai” klubu 100 manat cərimə edilib.
“Karvan” – “Cəbrayıl” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Karvan” klubu 50 manat cərimə edilib.
“Karvan” – “Cəbrayıl” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” klubu 80 manat cərimə edilib.
“Qəbələ” – MOİK oyununda “Qəbələ” klubunda 4 nəfər sarı vərəqə aldığı üçün “Qəbələ” klubu 70 manat cərimə edilib.
“Qəbələ” – MOİK oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Qəbələ” klubu 80 manat cərimə edilib.
“Qəbələ” – MOİK oyununun 90+7-ci dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qəbələ” klubu 150 manat cərimə edilib.
“Qəbələ” – MOİK oyununda MOİK klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün MOİK klubu 70 manat cərimə edilib.
“Qəbələ” – MOİK oyunu bitdikdən sonra MOİK klubunun məşqçisi Ramin Nəsibov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb, MOİK klubu 150 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.