Barselona"nın baş məşqçisi Ronald Kuman İspaniya Primyerasında çıxdığı 4 oyunda 1 qol vuran Lionel Messidən danışıb.

Rekord.az xəbər verir ki, niderlandlı çalışdırıcının söylədiklərini "Mundo Deportivo" belə çatdırıb:

"O, səylə çalışır və komanda yoldaşlarını irəli aparmağa can atır. Ola bilsin, indikindən yaxşı oynaya bilər. Messiyə iradım yoxdu. Növbəti matçlarda daha yaxşı görünəcəyinə şübhə etmirəm. Komandanın oyununu yeni səviyyəyə çatdırmaq imkanlarımız var. Son nəticədən razı olmasam da, uşaqların özünü xoşbəxt saydığını hiss edirəm".

Qeyd edək ki, "Barselona" sabah Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində Macarıstanın "Ferentsvaroş" klubuyla üz-üzə gələcək.