Bu gün Avropa Konfrans Liqasının qrup mərhələsində 3-cü turun oyunları keçirilib. Rekord.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni gündə keçirilib.

H qrupunda yer alan Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ” Bakıda Qazaxıstan “Kayrat”ını qəbul edib və əzmkar qələbəyə sevinib. Bu qrupun digər görüşündə Kipr “Omoniya”sı İsveçrədə “Bazel”in qonağı olub. Bu oyun da meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Turnirin əsas favoritlərindən olan “Roma” Norveçdə “Bodo Qlimt”lə üz-üzə gəlib və biabırçı hesabla məğlub olub. “Tottenhem” isə Niderlandda “Vitess”lə oyundan minimal hesabla məğlub ayrılıb.

Avropa Konfrans Liqası
Qrup mərhələsi, 3-cü tur

21 oktyabr

A qrupu

HJK (Finlandiya) – “Makkabi” (Təl-Əviv, İsrail) 0:5
Qol: Kanixovski, 28; 60. Periça, 49-pen. Saborit, 87. Şamir, 90+4.

“Alaşkert” (Ermənistan) – LASK (Avstriya) 0:3
Qol: Honq, 35. Qoyqinger, 568. Mixorl, 90+2.

Xal durumu: Makkabi – 7, LASK – 7, HJK – 3, Alaşkert – 0.

B qrupu

“Anortosis” (Kipr) – “Flora” (Estoniya) 2:2
Qol: Deletiç, 25. Popoviç, 28 – Sappinen, 38; 80.

“Partizan” (Serbiya) – “Gent” (Belçika) 0:1
Qol: Kums, 59.

Xal durumu: Gent – 9, Partizan – 6, Flora – 1, Anortosis – 1.

C qrupu

“Bodo Qlimt” (Norveç) – “Roma” (İtaliya) 6:1
Qol: Botheym, 8; 52. Berq, 20. Solbakken, 71; 80. Pelleqrino, 78 – K.Peres, 28.

ÇSKA (Sofiya, Bolqarıstan) – “Zarya” (Ukrayna) 0:1
Qol: Səyyadmaneş, 65.

Xal durumu: Bodo Qlimt – 7, Roma – 6, Zarya – 3, ÇSKA – 1.

D qrupu

ÇFR (Kluj, Rumıniya) – Alkmaar (Niderland) 0:1
Qol: Karlsson, 18.

“Yablonets” (Çexiya) – “Randers” (Danimarka) 2:2
Qol: Çvançara, 35; 53 – Odey, 36; 90-pen.

Xal durumu: Alkmaar – 7, Yablonets – 4, Randers – 3, ÇFR – 1.

E qrupu

“Feyenoord” (Niderland) – “Union Berlin” (Almaniya) 3:1
Qol: Cahanbaxş, 11. Linssen, 29. Sinisterra, 76 – Avoniyi, 35.

“Makkabi” (Hayfa, İsrail) – “Slaviya” (Praqa, Çexiya) 1:0
Qol: Donyoh, 24.

Xal durumu: Feyenoord – 7, Makkabi – 4, Slaviya – 3, Union Berlin – 3.

F qrupu

“Kopenhagen” (Danimarka) – PAOK (Yunanıstan) 1:2
Qol: Byel, 80 – Sidkley, 19. Jivkoviç, 38.

“Slovan” (Bratislava, Slovakiya) – “Linkoln” (Cəbəllütariq) 2:0
Qol: Qrin, 46. Henti, 84.

Xal durumu: PAOK – 7, Kopenhagen – 6, Slovan – 4, Linkoln – 0.

G qrupu

“Vitess” (Niderland) – “Tottenhem” (İngiltərə) 1:0
Qol: Vittek, 78.

“Mura” (Sloveniya) – “Renn” (Fransa) 1:2
Qol: Lotriç, 20 – Jirassi, 17-pen. Labord, 41.

Xal durumu: Renn – 7, Vitess – 6, Tottenhem – 4, Mura – 0.

H qrupu

“Qarabağ” (Azərbaycan) – “Kayrat” (Qazaxıstan) 2:1
Qol: R.Şeydayev, 79. A.Hüseynov, 90+1 – X.Kante, 19-pen.

“Bazel” (İsveçrə) – “Omoniya” (Kipr) 3:1
Qol: Milyar, 19. Artur, 41-pen. Jeqrova, 88 – Qomes, 27.

Xal durumu: Bazel – 7, Qarabağ – 7, Kayrat – 1, Omoniya – 1.