Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında mübarizəyə qoşulub.


Rekord.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yarışan son Olimpiya çempionu 1/16 finalda Konstantinos Tsaparasla (Yunanıstan) qarşılaşıb və rəqibinə ipponla qalib gəlib.


H.Heyədrov 1/8 finalda kosovolu Dardan Çena ilə qarşılaşacaq.


Qeyd edək ki, ötən gün mübarizəyə qoşulan Azərbaycanın 7 cüdoçusundan ikisi - Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıb.