Ekvador 2024-cü ildə keçiriləcək "Amerika Kuboku"na ev sahibliyi etməkdən imtina edib.

Rekord.az xəbər verir ki, bu barədə jurnalist Dieqo Montalvana sosial şəbəkədə məlumat paylaşıb.

Ekvador Futbol Federasiyasının prezidenti Fransisko Eqas bildirib ki, turnirdən imtinaya iki əsas səbəb var: ölkədə mütəşəkkil cinayətkarlığın artması və bunun fonunda təhlükəsizlik problemləri, həmçinin bu cür turnirin təşkili üçün ölkədə lazımi infrastrukturun olmaması.

Yayılan məlumata görə, böyük ehtimalla turnirə ev sahibliyini ABŞ edəcək.