"Neftçi" və "Araz-Naxçıvan" komandaları yoxlama oyununda üz-üzə gəliblər.


Rekord.az xəbər verir ki, "Palms Sports" Futbol Mərkəzindəki qarşılaşma Bakı təmsilçisinin qələbəsi ilə yekunlaşıb.


"Ağ-qaralar" rəqibini iki cavabsız qolla üstələyib. Qolları Alen Şkribek və Andrey Ştoqrin vurub.