Premyer Liqa təmsilçisi "Kəpəz" 1-ci Liqada çıxış edən "Gəncəbasar"la yoxlama oyununda üz-üzə gəlib.


Rekord.az xəbər verir ki, Gəncə stadionunun Məşq Mərkəzində baş tutan qarşılaşma bərabərliklə bitib – 1:1.


Premyer Liqa təmsilçisinin qolunu Namik Ələskərov vurub.


Xatırladaq ki, "Kəpəz" hazırda Premyer Liqada 7 xalla yeddinci, "Gəncəbasar" 1-ci Liqada 9 xalla ikinci pillədə qərarlaşıb.


“Kəpəz” bu gün Azərbaycanın U-19 yığması ilə də yoxlama oyunu keçirib. Həmin oyunda da qalib müəyyənləşməyib – 2:2.