Cüdoçularımızın DÇ-dəki ilk rəqibləri bəlli oldu
- 17:30
- 18
Azərbaycanın yeniyetmə cüdoçularının Ekvadorun Quayakil şəhərində keçiriləcək dünya çempionatındakı ilk rəqibləri bəlli olub.
Rekord.az xəbər verir ki, dünya çempionatının ilk yarış günündə təsnifat mərhələsi avqustun 20-də, Bakı vaxtı ilə saat 19:00-da, final bloku isə avqustun 21-də, saat 02:00-da start götürəcək.
Qızlar
40 kq, 1/8 final
Sunay Salamova – Soyol-Erden Qansux (Monqolustan)
Zəhra Quliyeva – Adiya Janaxmet (Qazaxıstan)
44 kq, 1/16 final
Pərvin Sevxanlı – Lihi Soffer (İsrail)
48 kq, 1/16 final
Könül Eyvazlı – Ella Bar Lev (İsrail)
Oğlanlar
50 kq, 1/8 final
Fərid Rzazadə – Dimitrios Qulas (Yunanıstan) / Süleyman Doğru (Türkiyə) cütünün qalibi ilə
55 kq, 1/16 final
Fərid Xudiyev – Kristian Marin (Kosta-Rika)
55 kq, 1/8 final
İbrahim Talıbov – Bayel İsmayılov (Qırğızıstan) / Sebastyan Suqimoto (Argentina) cütünün qalibi ilə
66 kq, 1/16 final
İlkin Qarayev – Yesus Perea Vallve (Peru)
73 kq, 1/16 final
Yusuf Nəzər – Conas Nelissen (Kanada)
Sadiq Məmmədov – Georq Noqes (Estoniya)
81 kq, 1/32 final
Ayxan Həsənli – Alberto Montes (Kosta-Rika)
81 kq, 1/16 final
Yaqub Məmmədov – Alijan Saylaubekov (Qazaxıstan)
90 kq, 1/16 final
Ömər Axundov – Val Berqlez Kos (Sloveniya)
Nurəddin Əliyev – Pablo Fernandes Kalero (İspaniya)
Qeyd edək ki, Azərbaycan avqustun 23-dək təşkil olunacaq mötəbər turnirdə 9 çəki dərəcəsində 14 cüdoçu (10 oğlan, 4 qız) ilə təmsil olunacaq.