Makkenzi "Filadelfiya"ya keçdi
- 15:45
- 18
"Filadelfiya" klubu Fransanın "Tuluza" komandasının və ABŞ millisinin müdafiəçisi Mark Makkenzinin keçidini başa çatdırıb.
Rekord.az xəbər verir ki, 27 yaşlı futbolçu 2027-ci ilin yanvarında, MLS mövsümünün yaz hissəsindən əvvəl Amerika təmsilçisinə qoşulacaq.
Keçidin məbləği təxminən 2 milyon 160 min avro təşkil edir.
Müdafiəçi 2024-cü ilin avqustundan "Tuluza"da çıxış edir və onun klubla müqavilənin müddəti 2027-ci il iyunun 30-dək nəzərdə tutulub. O, 2025/2026 mövsümündə keçirdiyi 33 matçda 2 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, "Filadelfiya"nın yetirməsi olan M.Makkenzi daha əvvəl də bu komandanın formasını geyinib. O, Avropada Belçikanın "Genk" klubunda da oynayıb.