Azərbaycan taekvondoçusu Pakistanda 3-cü oldu
- 21:00
- 24
Azərbaycan taekvondoçusu Qaşim Maqomedov Pakistanın Lahor şəhərində keçirilən Asiya Regionu üzrə 8-ci Prezident Kubokunda mükafatçılar sırasına düşüb.
Bu barədə Rekord.az-a Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.
İdmançı 63 kq çəki dərəcəsində bürünc medal qazanıb.
Xatırladaq ki, Qaşim Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısıdır.