Azərbaycanın ev sahibi olduğu qadın voleybolçular arasında Avropa çempionatının (CEV EuroVolley 2026 Women) C qrupunda yer alan iki komanda bu gün Bakıya gəliblər.  "Rekord.az" xəbər verir ki, bunlar Niderland və Portuqaliya yığmalarıdır.

Qonaq komandaları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Voleybol Federasiyasının əməkdaşları və yarışın təşkilat komitəsinin üzvləri qarşılayıblar.

Qeyd edək ki, qrupumuzda mübarizə aparan digər komandalar Bakıya sabah gələcəklər.