“Sabah” bu gün Çempionlar Liqasında növbəti sınağına çıxıb.

Rekord.az xəbər verir ki, Azərbaycan çempionu bu turnirin pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) komandası ilə qarşılaşıb.

Bu komandalar arasındakı ilk oyun Rumıniyanın Buxarest şəhərində keçirilib. Qarşılaşmanı italiyalı Davide Massa idarə edib. Üç qolluq oyunda hesabı "Sabah" açsa da, nominal meydan sahibləri yekunda əzmkar qələbəyə seviniblər.

Cavab oyunu gələn həftə Bakıda keçiriləcək.

Çempionlar Liqası
Pley-offun ilk oyunu

19 avqust

Hapoel (Beer-Şeva) – Sabah 2:1
Qollar: Javon East, 43. İqor Zlatanoviç, 79 – Velko Simiç, 6.
Baş hakim: Davide Massa (İtaliya).
Buxarest. “Rapid Arena”.

Hapoel: 1. Ofir Marsiano, 2. Quy Mizrahi, 4. Migel Vitor (k), 5. Pedro Amador, 7. Elyel Perets, 9. Zahi Ahmad, 12. İtay Rotman, 20. Javon East, 25. Lukas Ventura, 28. Niv Yehoşuha, 66. İqor Zlatanoviç.
b: 34. Marko Volff, 3. Matan Baltaxa, 8. Məhəmməd Kanan, 11. Amir Qanah, 13. Ofir Davidzada, 14. Yonas Malede, 18. Roy Levi, 19. Amit Ohana, 23. Eytay Hazut, 27. Yoan Stoyanov, 44. Cibril Diop, 45. Abu Rumi.
Baş məşqçi: Ran Kojux.
Sabah: 92. Stas Pokatilov (k), 3. Stiv Solvet, 5. Rəhman Daşdəmirov, 7. Umarali Rahmonaliyev, 10. Aleksey İsayev, 13. İvan Lepinitsa, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 27. Timoteuş Puxaç, 34. Ksander Severina, 80. Akim Zedadka.
Ehtiyat oyunçular: 1. Amin Ramazanov, 94. Rəvan Mirzəmmədov, 4. Eyden Makkarti, 6. Abdulla Xaybullayev, 8. Kristian Nvaçukvu, 11. Kahim Parris, 17. Rauf Rüstəmli, 17. Tellur Mütəllimov, 23. Yunes Laşaab, 33. Erivaldo Almeyda, 88. Rodriqo Fernandes, 99. Patrik Mbina.
Baş məşqçi: Valdas Dambrauskas.