Poqba ilə müqaviləyə xitam verildi
- 16:00
- 20
Fransa millisinin sabiq futbolçusu Pol Poqba ilə “Monako” arasındakı müqaviləyə xitam verilib.
Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
33 yaşlı yarımmüdafiəçi ötən yay dopinq cəzasını başa vurduqdan sonra “Monako”ya azad agent kimi keçmişdi. Tərəflər arasında müqavilə 2027-ci ilin iyununa qədər nəzərdə tutulmuşdu.
Lakin Poqba zədələr səbəbindən Fransa klubunda cəmi 6 oyunda meydana çıxıb. O, bu matçlarda ümumilikdə 115 dəqiqə oynayıb. Avqustun əvvəlində futbolçu komandanın İngiltərədəki təlim-məşq toplanışında yenidən zədələnib.
“Monako”nun yaydığı açıqlamada bildirilib ki, tərəflər yeni mövsümün ilk rəsmi oyunundan əvvəl müqaviləyə xitam vermək barədə razılığa gəliblər.
Poqbanın bundan sonra karyerasını davam etdirib-etdirməyəcəyi isə hələlik məlum deyil.