"Neftçi"nin U-14 komandasının baş məşqçisi Emin Mustafayev böyük ehtimalla bundan sonra millidə çalışacaq.

Rekord.az-a daxil olan məlumata görə AFFA-nın yeni texniki direktoru Edmond Klaus onun işini bəyənir və yığma komandalardan birini ona verməyi düşünür.

Konkret olaraq söhbət U-17 millisindən gedir. Təyinatın yaxın günlərdə rəsmləşəcəyi gözlənilir.