Səbuhi Abdullazadənin cəzası açıqlandı, “Sumqayıt” cərimələndi
- 13:00
- 23
İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının ilk turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Sumqayıt” – “Neftçi” oyununun 74-cü dəqiqəsində “Sumqayıt” komandasının 8 nömrəli futbolçusu Səbuhi Abdullazadə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun oyuna buraxılmasın, “Sumqayıt” komandası 3000 manat cərimə edilsin.
“Sumqayıt” – “Neftçi” oyununda “Neftçi” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Neftçi” komandası 700 manat cərimə edilsin.
“Qarabağ” – “Şamaxı” oyununda “Şamaxı” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şamaxı” komandası 700 manat cərimə edilsin.