AFFA-nın Lisenziya Komissiyasının iclasında "Goranboy"un sənədlərinə baxılıb
- 20:00
- 22
Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.
Rekord.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Toplantıda 2026/2027 AFFA "Yüksək Qızlar Liqası"nda iştirak etmək üçün xüsusi dövr çərçivəsində müraciət etmiş "Goranboy" OİK-in sənədlərinə baxılıb.
AFFA-nın Lisenziya Komissiyası "Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə Qaydalar"ın (Buraxılış 2025) 9-cu maddəsinə əsaslanmış müzakirələrdən sonra sözügedən kluba AFFA "Yüksək Qızlar Liqası"nda iştirak etmək üçün lisenziyanın verilməsi qərarını qəbul edib.