Azərbaycanda təşkil olunan qadın voleybolçular arasında Avropa çempionatının maskotları təqdim olunub. "Rekord.az" xəbər verir ki, Bakının ev sahibi olduğu (C qrupu ) yarışın maskotları Cırtdan və Göyçək Fatmadır.

Cırtdan öz cəsarəti, hazırcavablığı və bitməyən enerjisi ilə tribunaların əhvalını yüksəldəcək, Göyçək Fatma isə zərifliyi, səmimiyyəti və xoş təbəssümü ilə hər kəsə Azərbaycan qonaqpərvərliyini hiss etdirəcək.

Qeyd edək ki, qitə birinciliyində qrup mərhələsi 21-28 avqust tarixlərində keçiriləcək.