“Barselona” klubu futbolçusu Ansu Fatinin müqaviləsinin müddətini artırıb.

Rekord.az xəbər verir ki, Kataloniya təmsilçisi 17 yaşlı hücumçu ilə müddəti 2022-ci ilə qədər olan sözləşmə imzalayıb. 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Barselona” Fatinin sərbəstqalma məbləğini 170 milyon avro müəyyənləşdirib.

“Barselona”nın yetirməsi olan Fati, bu mövsüm 11 oyuna 2 qol vurub.