Azərbaycanı Almaniyanın paytaxtı Berlində yeniyetmələr arasında keçiriləcək Avropa Kubokunda təmsil edəcək cüdoçular müəyyənləşib.


Rekord.az Azərbaycan Cüdo Federasiyasına (ACF) istinadən xəbər verir ki, Avropa Cüdo Birliyinin (EJF) təşkilatçılığı ilə reallaşacaq yarışda ölkəmiz 16 çəki dərəcəsində 39 cüdoçu (20 oğlan, 19 qız) ilə təmsil olunacaq.


Yeniyetmə oğlanlardan ibarət yığmaya baş məşqçi Emin İskəndərov, məşqçi Nicat Şıxəlizadə, qızlardan ibarət komandaya isə baş məşqçi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.


Yarışın ədalət təmsilçiləri arasında ACF-nin hakimlər heyətinin üzvləri, B kateqoriyalı beynəlxalq dərəcəli hakimlər Mehman İmamquliyev və Pərviz Hüseynov da yer alacaq.


Oğlanlar


50 kq


Nihad Ağayev


55 kq


Rza Xəlilli


Fərid Xudiyev


İbrahim Talıbov


60 kq


Mehman Əsgərov


Mikayıl Qocayev


66 kq


Sənan Piriyev


İlkin Qarayev


Elgün Səfərov


73 kq


Sadiq Məmmədov


Kənan Rəhimov


Yusuf Nəzər


81 kq


Yaqub Məmmədov


Polad Həsənli


Amin Mehdiyev


Ayxan Həsənli


90 kq


Ömər Axundov


Nurəddin Əliyev


+90 kq


Tamerlan Əliyev


Ruslan Kazımov


Qızlar


40 kq


Sunay Salamova


Zəhra Quliyeva


44 kq


Nigar Heydərzadə


Pərvin Sevxanlı


Fatimə Abdullayeva


48 kq


Səkinə Zeynalova


Könül Eyvazlı


52 kq


Tövsiyyə Babayeva


Nərmin Ağamirzəzadə


57 kq


Gülnaz Məmmədtağıyeva


Səma Vəlizadə


Yağmur Əhmədzadə


Səmayə Yusifli


63 kq


Nəzakət Vəliyeva


Türkan Məmmədli


Zilan Hüseynli


70 kq


Rəna Əhmədova


Məsumə Məmmədli


+70 kq


Zemfira Əliyeva


Qeyd edək ki, aprelin 25-26-da təşkil olunacaq turnirdə ümumilikdə 36 ölkədən 774 idmançı (472 oğlan, 302 qız) mübarizə aparacaq.