Mayın 1-3-də Tacikistanın paytaxtı Düşənbədə təşkil olunacaq cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib.


Rekord.az xəbər verir ki, mərasimdə idmançılarımızın da ilk rəqibləri müəyyənləşib.


Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 4 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunacaq. Turnirdə 34 ölkədən 240 idmançı mübarizə aparacaq.


Kişilər


60 kq, 1/8 final


Murad Muradlı – Yan Motoli Bonqambe (Fransa) / Muhammadcon Maşaripov (Özbəkistan) cütünün qalibi ilə


66 kq, 1/8 final


Nizami İmranov – Yerdaulet Bozşa (Qazaxıstan)


İslam Rəhimov – Nursultan Zayzaqaliyev (Qazaxıstan)


73 kq, 1/8 final


Rəşid Məmmədəliyev – Binyomin Nazirov (Tacikistan) / Vlad Mitru (Moldova) cütünün qalibi ilə


+100 kq, 1/8 final


Uşanqi Kokauri – Mohammadpuria Banaeyan Tolki (İran)


Camal Qamzatxanov – Yovan Pekoviç (Monteneqro)


"Böyük Dəbilqə"nin təsnifat mərhələsi saat 11:00-da, final bloku isə 16:00-da start götürəcək.