Avropa çempionatında iştirak edəcək millimizin heyəti açıqlandı
- 06 Mar 2026 17:20
- 48
Serbiyanın Zrenyanin şəhərində keçiriləcək güləş üzrə U-23 Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti bəlli olub.
Rekord.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, martın 9-dan 15-dək keçiriləcək ilin ilk qitə birinciliyində ölkəmiz hər üç növdə təmsil olunacaq.
Yarışın açılışını sərbəst güləşçilər edəcəklər. Böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında Vasif Bağırov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq), Səbuhi Əmiraslanov (79 kq), Vasif Xudiyev (86 kq), Ali Tsokayev (92 kq), Zəfər Əliyev (97 kq) və Yusif Dursunov (125 kq) xalçaya çıxacaqlar.
Qadın güləşçilərin mübarizəsində baş məşqçi əvəzi Toğrul Əsgərov və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi ilə Əsmər Cankurtaran (50 kq), Nərgiz Səmədova (53 kq), Gültəkin Şirinova (55 kq), Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova (62 kq) və Zəhra Kərimzadə (72 kq) qüvvələrini sınayacaqlar.
Çempionatın son günlərində yunan-Roma güləşçiləri yarışacaqlar. Baş məşqçi Məhəmməd Bəna, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Sabah Şəriəti və Rəsul Cəzininin rəhbərliyi altında Fərid Sadıxlı (55 kq), Ayxan Cavadov (60 kq), İlkin Qurbanov (63 kq), Fərid Xəlilov (67 kq), Fəraim Mustafayev (72 kq), Rəvan Nuriyev (77 kq), Elmin Əliyev (82 kq), Səid Axundzadə (87 kq), Əli Quliyev (97 kq) və Ayxan Mərdənov (130 kq) uğur uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, Avropa çempionatında ölkəmizi hakim qismində I dərəcəli referilər Vüqar Şükürov və Kamran Əliyev təmsil edəcək.