Ali Tsokayev Avropa çempionu oldu
- 01:02
- 31
Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U23 Avropa çempionatı davam edir.
Rekord.az xəbər verir ki, yarışın 3-cü günündə sərbəst güləş üzrə 61, 74, 86, 92 və 125 kq-da medalçılar müəyyənləşib.
Ceyhun Allahverdiyev (61 kq) finalda ermənistanlı Levik Mikayelyana minimal fərqlə (1:2) məğlub olub və gümüş medalla kifayətlənib.
Ağanəzər Novruzov (74 kq) bürünc medal uğrunda görüşdə gürcüstanlı Saba Kobaxidzeyə (4:7), Vasif Xudiyev (86 kq) isə fransalı Raxim Maqamadova (0:10) uduzub.
Ali Tsokayev (92 kq) həlledici görüşdə vaxtından əvvəl qələbəni bayram edib. Finalda türkiyəli Fatih Altunbaşı 11:0 hesabıyla üstələyən təmsilçimiz Avropa çempionu olub.
Yusif Dursunov (125 kq) isə finalda rusiyalı Xabib Davudqadjiyevə (1:4) məğlub olub və gümüş medalı boynundan asıb.