AÇ: Hidayət Heydərov bu gün mübarizəyə başlayır
- 17 Apr 2026 10:40
- 129
Azərbaycanın daha bir idmançısı Gürcüstanın paytaxtı Tiflisdə keçirilən cüdo üzrə Avropa çempionatında bu gün mübarizəyə başlayacaq.
Rekord.az xəbər verir ki, son olimpiya çempionu Hidayət Heydərov (73 kq) tatamiyə çıxacaq.
O, 1/16 finalda Konstantinos Tsaparasla (Yunanıstan) qarşılaşacaq.
Qeyd edək ki, ötən gün mübarizəyə qoşulan 7 idmançıdan ikisi - Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıb.
Avropa çempionatı aprelin 19-da başa çatacaq.