
“Səbail” Premyer Liqanı məğlubiyyətlə tərk etdi
- 23 May 2025 21:22
- 74
Bu gün Misli Premyer Liqasında mövsümün sonuncu - 36-cı turuna start verilib.
Rekord.az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.
Turun açılış oyununda elitanı tərk edəcəyi dəqiqləşmiş “Səbail” “Sumqayıt”ı qəbul edib. Qonaqlar bu oyunda darmadağına seviniblər.
“Şamaxı” – “Qarabağ” və “Sabah” – “Neftçi” oyunları sabah, “Turan Tovuz” – “Kəpəz” və “Araz-Naxçıvan” – “Zirə” görüşləri isə mayın 25-də keçiriləcək.
Misli Premyer Liqası
36-cı tur
23 may
“Səbail” – “Sumqayıt” 1:4
Qollar: Suleyman Alluş, 21 - Sertan Taşkın, 28. Georgi Xaraişvili, 59-pen. Ronaldo Vaskes, 79. Roi Kehat, 90+1.
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Sevda Nuriyeva, Elvin Bayramov.
“ASCO Arena”, 19:30.
Səbail: 1. Hüseynəli Quliyev, 96. İlkin Muradov, 11. Rüfət Abdullazadə (k), 19. Samir Abdullayev, 16. Emin Rüstəmov, 67. Rəvan Abasov, 97. Oruc Məmmədov, 88. Hacıəli Şirəliyev, 44. Amir Bilali, 4. Marko Nikoliç, 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 25. Nicat Məmmədzadə, 22. Mirabdulla Abbasov, 18. Süleyman Əhmədov, 20. Mert Çelik, 83. Nihad Quliyev, 89. Ömər Qurbanov, 8. Qorka Larruçea, 3. Dmitri Litvin, 5. Gitay Sofir, 21. Ayman Buali.
Baş məşqçi: Əbdülqəni Nurməmmədov.
Sumqayıt: 36. Xəyal Fərzullayev, 2. Sertan Taşkın, 17. Murad Xaçayev (k), 8. Səbuhi Abdullazadə, 21. Nihat Əhmədzadə, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 12. Georgi Xaraişvili, 99. Silvanus Nimeli, 5. Alan Dias, 77. Cəsurbek Cəloliddinov.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 56. Aftandil Arixov, 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 66. Ruslan Əliyev, 97. Vüsal Paşayev, 19. Roi Kehat, 11. Momo Yansane, 23. Ronaldo Vaskes, 9. Bobur Abduholikov.
Məşqçi: Şahin Abdullayev.