
Vüsalın komandası Super Liqaya çıxmaq şansını itirdi
- 23 May 2025 23:20
- 26
Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Boluspor” Super Liqaya vəsiqə uğrunda növbəti oyuna çıxıb.
Rekord.az xəbər verir ki, komanda pley-offun yarımfinalının cavab matçında "Bamdırmaspor"un qonağı olub.
İlk oyunda 4:1 hesablı qələbəyə sevinmiş “Bandırmaspor” bu dəfə 1:0 hesabıyla qalib gələrək pley-offun finalına yüksəlib. Bu komanda finalda “Karagümrük”lə qarşılaşacaq.
Vüsal cavab oyununun 72-ci dəqiqəsində meydana daxil olub.