
Azərbaycan millisinin təlim-məşq toplanışına start verilib
- 23 May 2025 19:00
- 39
Azərbaycanın gənclərdən ibarət taekvondo millisinin üzvləri təlim-məşq toplanışlarına cəlb olunublar.
Rekord.az xəbər verir ki, idmançılar baş məşqçi Rəşad Məmmədov, məşqçilər Ayxan Tağızadə və Fəridə Əzizovanın rəhbərliyi altında hazırlıq keçirlər.
Təlim-məşq toplanışının məqsədi iyulun 20-26-sı aralığında Şimali Makedoniyanın paytaxtı Skopye və Xorvatiyanın Osiyek şəhərlərində keçiriləcək 18-ci Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq xarakteri daşıyır.