"Sumqayıt"ın məşqçisi Vurğun Hüseynov Misli Premyer Liqasının 36-cı turunda səfərdə "Səbail"ə 4:1 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, "kimyaçılar"ın çalışdırıcısı bunları söyləyib:


“Oyun barədə danışılası çox şey yoxdur. Futbolçular qısa müddətdə toparlandılar və meydana çıxıb qələbə qazandılar. Onlara təşəkkür edirəm. Bu 3 xal bizim üçün vacib idi. Ən azından bir pillə yuxarı qalxmaq şansımız var idi. Enişli-yoxuşlu nəticələrə görə azarkeşlərimizdən üzr istəyirik. Çünki bu nəticələr Sumqayıt şəhərinə, şəhərin tək komandasına yaraşmır. Azarkeşlərimiz gələcəkdə daha yaxşı "Sumqayıt" görəcəklər”.