"Atletiko" futbolçusu Pablo Barrios ilə müqaviləsini yeniləyib.


Rekord.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 


Madrid təmsilçisinin 21 yaşlı yarımmüdafiəçi ilə yeni müqaviləsi ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulub. Futbolçu "Atletiko"nun yetirməsidir. O, cari mövsüm 40 matçda 1 qol vurub və 4 məhsuldar ötürmə verib.


Barriosun transfer dəyəri 50 milyon avro olaraq qiymətləndirilir.