
“Bizim üçün çempionat onsuz da bitmişdi” - Elvin Məmmədov
- 23 May 2025 23:00
- 23
"Səbail"in məşqçisi Elvin Məmmədov Misli Premyer Liqasının 36-cı turunda doğma meydanda "Sumqayıt"a 1:4 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, "dənizçilər"in çalışdırıcısı bunları söyləyib:
"Sumqayıt"ı təbrik edirəm. Premyer Liqadan düşməyimiz 3 tur əvvəl rəsmiləşmişdi. Belə vəziyyətdə komandanı hazırlamaq çətindir. Düzdür, bu, bizim işimizdir. Nə qədər çalışsaq da, motivasiyanı saxlaya bilmirik. Birinci hissədə daha yaxşı oynadıq. İkinci yarıda "Sumqayıt" öz gücünü göstərdi. Bundan sonra qollar buraxdıq. Bizim üçün çempionat onsuz da bitmişdi. Bundan sonrakı perioda baxacağıq”.