Əvəzedicilər Liqasında 2024/2025 mövsümünün qalibi bəlli olub.

Rekord.az xəbər verir ki, sonuncu - 36-cı turda doğma meydanda "Neftçi-2" komandası ilə bərabərə qalan (2:2) "Sabah-2" çempionluğunu rəsmiləşdirib.

Hər iki kollektivin 69 xalı olsa da, "Sabah-2" cari mövsüm qazandığı qələbələrin sayına görə turnir cədvəlini birinci sırada başa vurub.

Əvəzedicilər Liqası
36-cı tur

23 may

“Sabah-2” – “Neftçi-2” 2:2
Qollar: Nihat Cabbarov, 75. Ramil Nuraxmedov, 81 – Murad Məmmədov, 10. Həbib İsmayılov, 14.