
Fərid Qayıbov Slovakiyanın idman məsələləri üzrə dövlət katibi ilə görüşüb
- 23 May 2025 17:00
- 39
Gənclər və idman naziri Fərid Qayıbov Slovakiyanın idman məsələləri üzrə dövlət katibi İvana Şuflyarska Libyakova ilə görüşüb.
Rekord.az xəbər verir ki, görüşdə iki ölkə arasında idman sahəsində əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti, gələcək inkişaf perspektivləri müzakirə olunub.
Birgə layihələrin icrası və gələcək əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Görüşdə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Zərifə Zülfüqarova, Slovakiya dövlət katibi ofisinin direktoru Nataliya Dorotoviç, Təhsil, innovasiya və idmanda sərhəd əlaqələri departamentinin direktoru Monika Siskova, Slovakiyanın Azərbaycandakı səfirliyinin birinci katibi Patrisiya Dudova, Dünya Minifutbol Federasiyasının vitse-prezidenti, Avropa Minifutbol Federasiyasının və Slovakiya Minifutbol Assosiasiyasının prezidenti Peter Kralik iştirak ediblər.