"Bakı" adı altında Rusiyada keçirilən "Qələbə kuboku"na qatılan Azərbaycanın boks millisi yarımfinala vəsiqə qazanıb. 


Rekord.az xəbər verir ki, yığma yarışa 1/4 finaldan başlayıb.


Permdə keçirilən “Qələbə kuboku”nda rəqib “Ural” kollektivi olub. “Bakı” görüşdən 3:2 hesablı qələbə ilə ayrılıb.


4 raunddan ibarət qarşılaşmalarda komandanın heyətində Zaur Qəhrəmanov Mark Urvanovu, Səidcəmşid Cəfərov Xyşbaxt Kuldaşevi, Məhəmməd Abdullayev isə Aleksandr Dorofeyevi məğlub edib.


“Bakı” yarımfinal döyüşünə mayın 29-da çıxacaq. Görüş Saransk şəhərində baş tutacaq.