
“Barselona”dan Rafinya ilə yeni müqavilə
- 00:22
- 32
"Barselona" braziliyalı futbolçusu Rafinya ilə yeni müqavilə imzalayıb.
Rekord.az xəbər verir ki, bu barədə kataloniyalıların mətbuat xidməti məlumat yayıb.
Hücumçunun yeni sözləşməsi 2028-ci ilə qədərdir.
28 yaşlı oyunçu 2022-ci ildən "Barselona"da çıxış edir. O, komandasının heyətində iki dəfə İspaniya çempionu olub, bir dəfə ölkə kubokunu, iki dəfə isə superkuboku qazanıb.