"Misli" və Peşəkar Futbol Liqasının birgə keçirdiyi "Ayın qolu" layihəsi çərçivəsində aprel ayının ən yaxşı qolunun müəllifi olan David Qomis mükafatlandırılıb.


Rekord.az xəbər verir ki, "Səbail" klubunun futbolçusuna mükafatı Misli Premyer Liqasının 36-cı turunun "Səbail" – "Sumqayıt" görüşündən əvvəl Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.