
Toral Bayramovun qolu Avroliqanın ən yaxşı 10 qolu arasında
- 13:40
- 38
UEFA Avropa Liqasının 2024/2025 mövsümündə vurulan ən yaxşı 10 qolu açıqlayıb.
Rekord.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Toral Bayramovun Avropa Liqasının əsas mərhələsinin 4-cü turunda Norveçin “Bodo Qlimt” komandasına qarşı keçirdikləri oyunda (2:1) vurduğu qol da yer alıb.
Bu qol 7-ci yeri tutub.
“Qalatasaray”ın futbolçusu Yunus Akgünün eyni turda İngiltərə “Tottenhem”i ilə qarşılaşmada (3:2) vurduğu qol turnirin ən yaxşı qolu adına layiq görülüb.