“Neftçi” Premyer Liqanın sonuncu – 36-cı turunda qarşılaşacağı “Sabah”la matça hazırlıq başa çatıb.


Rekord.az xəbər verir ki, “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb.


Mayın 24-də “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Neftçi” oyunu saat 19:30-da başlanacaq.